Azərbaycanİran sərhədində birgə Novruz şənliyi keçirilib FOTO


Digərləri 21 Mar 2019 21:36:00 246 0

Azərbaycanİran sərhədində birgə Novruz şənliyi keçirilib  FOTO

Martın 20-dən 21-nə keçən gecə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin və İran Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin iştirakı ilə dövlət sərhədində "Novruz" bayramı münasibətilə bayram tədbiri təşkil olunub.

Dövlət Sərhəd Xidmətindən Son.az-a verilən in məlumata görə, tədbir çərçivəsində keçirilən görüşdə sərhəd təhlükəsizliyinin təminatı, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığının təzahürləri ilə mübarizə sahəsində yüksək nəticələrin əldə edilməsi məqsədilə sərhəd mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsinin aparılması, ikitərəfli görüşlərin keçirilməsi üzrə ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bayram tədbiri musiqiçilərin konsert proqramı ilə davam etdirilib və atəşfəşanlıqla yekunlaşıb.

Azərbaycanın İranla 765 kilometr sərhədi var. Ölkənin dövlət sərhədlərinidə ən çox insident, o cümlədən silahlı insident İranla sərhəddə baş verir. İl ərzində İrandan Azərbaycana quru yolu ilə yüz kiloqramlarla, hətta böyük partiyalarla narkotik daşınmasının qarşısı alınır. Rəsmi məlumatlara görə, 2018-ci ildə narkotik qaçaqmalçılığı ilə məşğul olan 58 İran vətəndaşı Azərnaycanda həbs olunub.


Xəbərə aid fotolar