FHNdən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət


Digərləri 21 Mar 2019 21:13:00 225 0

FHNdən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda sərnişin avtobusunda qeydə alınan yanğın hadisəsinin Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təkzib edilməsinə münasibət bildirib.

FHN-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib ki, sərnişin avtobusunda yanğın hadisəsinin qeydə alınması dəqiqdir:

"FHN-nin saytında dərc olunan operativ məlumatları təsdiq və ya təkzib etməyi lüzumsuz görürəm. Ona görə ki, dərc olunan bütün informasiyalar konkret olaraq reallığı tam şəkildə əks etdirir. FHN-in saytında yayımlanan məlumatları dəqiqləşdirmək lüzumsuzdur".