Rəcəb ayında oruc tuta bilməyənlərə tövsiyə olunan əməl


Digərləri 21 Mar 2019 21:20:00 227 0

Rəcəb ayında oruc tuta bilməyənlərə tövsiyə olunan əməl

Əbu Səid Xudri nəql edir ki, Peyğəmbərdən (s) soruşdular:

يَا نَبِيَّ اللَّهِ فَمَنْ عَجَزَ عَنْ صِيَامِ رَجَبٍ لِضَعْفٍ أَوْ لِعِلَّةٍ كَانَتْ بِهِ أَوِ امْرَأَةٌ غَيْرُ طَاهِرَةٍ يَصْنَعُ مَا ذَا لِيَنَالَ مَا وَصَفْتَ

"Ey Allahın Rəsulu (s)! Rəcəb ayında zəiflik və ya xəstəlik ucbatındanə oruc tutmağa aciz olanlar, eləcə də, pak olmayan qadınlar bu savaba çatmaq üçün nə etsinlər?"

Son.az maide.az-a istinadən bildirir ki, Peyğəmbər (s) buyurdu:

يَتَصَدَّقُ فِي كُلِّ يَوْمٍ بِرَغِيفٍ عَلَى الْمَسَاكِينِ وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنَّهُ إِذَا تَصَدَّقَ بِهَذَا الصَّدَقَةِ فَيَنَالُ مَا وَصَفْتُ وَ أَكْثَرَ إِنَّهُ لَوِ اجْتَمَعَ جَمِيعُ الْخَلَائِقِ عَلَى أَنْ يُقَدِّرُوا قَدْرَ ثَوَابِهِ مِنْ أَهْلِ السَّمَوَاتِ وَ الْأَرَضِينَ مَا بَلَغُوا عُشْرَ مَا يُصِيبُ فِي الْجِنَانِ مِنَ‏ الْفَضَائِلِ وَ الدَّرَجَاتِ

"Hər gün yoxsullara bir çörək versin. And olsun canımın sahibinə, əgər bu sədəqəni versə, Rəcəb ayında oruc tutan şəxsə verilən savaba, hətta daha artığına nail olacaqdır. Belə ki, bütün yaranmışlar onun savabını saymaq üçün bir yerə toplaşsalar da, cənnətdə ona veriləcək fəzilət, məqam və dərəcələrin ondan birini hesablayıb qurtara bilməyəcəklər."

Süfyan Suri Rəcəb ayında verilən sədəqə və möhtaclara yardımın əhəmiyyəti və savabı ilə bağlı İmam Sadiqdən (ə), o həzrət də ata-babalarının vasitəsilə İmam Əlidən (ə) belə nəql edir:

مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ فِي رَجَبٍ ابْتِغَاءَ وَجْهِ اللَّهِ أَكْرَمَهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ فِي الْجَنَّةِ مِنَ الثَّوَابِ به مَا لَا عَيْنٌ رَأَتْ وَ لَا أُذُنٌ سَمِعَتْ وَ لَا خَطَرَ عَلَى قَلْبِ بَشَرٍ؛

"Hər kəs Rəcəb ayında Allah yolunda xalis niyyətlə sədəqə verərsə, Allah-Taala Qiyamət günü ona cənnətdə elə bir mükafat əta edər ki, onun mislini görən, eşidən və qəlbindən keçirən olmaz." ("Fəzailu əşhuris-səlasə" (Üç ayın fəzilətləri), Şeyx Səduq, "Rəcəb ayının fəzilətləri" bölümü.)

Bir hədisdə də belə buyurulur:

إنَّ الصَّدَقَةَ عَلَی مِسْکِینٍ به مدٍّ مِنَ الطَّعَامِ یَقُومُ مَقَامَ یَوْمٍ مِنْ مَنْدُوبَاتِ الصِّیَامِ، وَ رُوِیَ عُوِّضَ عَنْ یَوْمِ الصَّوْمِ دِرْهَمٌ

"Həqiqətən, yoxsula bir "müd təam" (750 qram buğda, arpa...) sədəqə vermək bir gün müstəhəb orucu əvəz edir. Başqa rəvayətdə buyurulur ki, bir dirhəm sədəqə vermək bir gün müstəhəb orucu əvəz edir." ("Biharul-ənvar", 97-ci cild, səh.42, "İqbalul-əmal" kitabından nəqlən.)