Uşaqlarda qarın ağrıları


Digərləri 21 Mar 2019 20:10:00 296 0

Uşaqlarda qarın ağrıları

Uşaqlarda qarnın mərkəzi hissəsində, göbəkətrafı nahiyədə lokalizə olan funksional ağrılar adətən təhlükəsiz olur. Əksər hallarda bağırsaqlarda qazın toplanması, bağırsaqların spazmı, gecikmiş defekasiya ilə bağlı olur. Son.az sahhat.az-a istinadən bildirir ki, qarnın mərkəzi hissəsindən başqa hər hansı nahiyədə lokalizə olmuş ağrı isə xüsusi diqqət tələb edir. Hansı hallarda mütləq həkimə müraciət olunmalıdır: ağrı əsasən qarnın sağ-aşağı hissəsindədirsə; ağrıdan öncə travma olubsa; nəcisdə qan izləri aşkarlansa; sidiyə getmə ilə hər hansı çətinlik yaranıbsa; qarın ağrısı aşağıdakılarla birgə olsa: - dəri örtüklərinin solğunluğu, tərləmə; - ishal və yüksək hərarət; - səpgi; - yuxululuq. Oğlan uşaqlarında ağrı qasıq nahiyədə və ya xayalarda yaranarsa mütləq həkimə müraciət etmək lazımdır. Çox vaxt belə ağrılar zamanı uşaqlar konsultasiya zamanı həkimdən çəkindikləri səbəbindən ağrının qarında olduğunu deyə bilərlər. Yumşaq və delikat tərzdə ağrının harada yerləşdiyini dəqiqləşdirmək vacibdir. Uşaqlarda qarın ağrısının səbəbi bəlli olana qədər ağrıkəsici vermək olmaz