Maserati xüsusi versiyada Levante istehsal edib FOTO


Digərləri 21 Mar 2019 18:01:00 213 0

Maserati xüsusi versiyada Levante istehsal edib  FOTO

Lamborghini Urus kimi rəqiblərdən fərqli olaraq, Maserati Levante-yə premial yolsuzluq avtomobilləri bazarında kifayət qədər ehtiyac var. Elə İtaliya şirkəti də məhz buna görə yeni Vulcano versiyası ilə öz model sırasını yeniləmək qərarına gəldi.

Son.az auto.az-a istinadən bildirir ki, Vulcano adi Levante-dən xüsusi mat-boz rəngi, tünd arxa fənərləri, tünd xrom barmaqlığı, tündləşdirilmiş şüşələri və ban rəngində qapı tutacaqları, habelə 21-düymlük mat təkər diskləri, qırmızı rəngdə Brembo əyləc sapportları ilə seçilir.

Baza modelindən əsas fərq salonun qırmızı rəngdə olmasıdır ki, burada xüsusi dəridən istifadə edilib və boyunaltılarda Maserati loqotipi var. Əks versiya da var - burada qara dərinin üzərində qırmızı tikişlər var. Bundan əlavə, Vulcano-nun kabinəsində karbon lifindən parlaq işləmələr və üzərində Vulcano yazılmış xrom lövhələr var.


Xəbərə aid fotolar