Bakı metrosunda bayram konsertləri 3 gün davam edib FOTO


Digərləri 21 Mar 2019 18:04:00 189 0

Bakı metrosunda bayram konsertləri 3 gün davam edib  FOTO

Bakı metropoliteninin dörd stansiyasında Novruz bayramı ilə əlaqədar üç gün ərzində konsert proqramı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hər gün səhər saat 11-də "28 May" stansiyasında başlayan proqram daha sonra "Sahil", "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında davam etdirilib.

Proqrama simli kvartetin və milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri, folklor nümunələri daxil edilib.