Histeroskopiya haqqında


Digərləri 21 Mar 2019 17:45:00 255 0

Histeroskopiya haqqında

Histeroskopiya - uşaqlığın daxili səthinin (endometriumun) müayinə metodudur. Baxış histeroskop ilə icra olunur. Bu uzun elastik başlıqlı videosistemdir.

Son.az sahhat.az-a istinadən bildirir ki, həkim histeroskopu uşaqlıq yoluna, sonra isə uşaqlıq boynu və uşaqlığa daxil edir. Histeroskopun başlığı videokamera və işıq ilə təchiz olunub. Müayinə zamanı həkim uşaqlığın daxili səthini ekranda görür. Müayinə diaqnostik və terapevtik məqsədlərlə təyin olunur.

Histeroskopiyaya göstərişlər: -Qeyri-mütəmadi və ya intensiv menstruasiya (hipermenoreya və ya menorragiya); -Qadınlarda sonsuzluq; -Mioma, çapıq, polip və digər törəmələrin xaric edilməsi; -Endometrium anomaliyaların aradan götürülməsi; -Doğuşdan sonra cift qalıqlarının təmizlənməsi; -Kontraseptivlərin daxil edilməsi (uşaqlıqdaxili spiral, kontraseptiv implant); -Uşaqlıq borularının keçiriciliyin qiymətləndirilməsi. Baxış zamanı həkim uşaqlıqdan müayinə üçün (biopsiya) kiçik toxuma parçası götürə bilər.

Müayinəyə əksgöstərişlər: Histeroskop uşaqlıq yolu və uşaqlıq boynundan keçirilərək uşaqlığa daxil edilir. Sadalanan orqanların hər hansı hissəsində iltihabi və infeksion xəstəliyin mövcudluğu uşaqlıq boşluğuna infeksiyanın daxil olması riskini artırdığına görə müayinəyə əks göstərişdir. -İnfeksion xəstəliklər; -Ağır somatik xəstəliklər (qara ciyər, böyrəklər, ürək-damar sistemi və s.), ağır ümimi vəziyyət; -Uşaqlıq boynunda böyük ölçülü törəmələr, uşaqlıq boynunun daralması; -İnkişaf edən hamiləlik; -Uşaqlıqdan intensiv qanaxma; -Histeroskopiya 15 yaşından kiçik qızlara məsləhət görülmür.

Histeroskopiyaya necə hazırlaşmalı? Histeroskopiyadan öncə həkim-ginekoloqa müraciət olunmalıdır. O, güzgü vasitəsi ilə və əl ilə uşaqlıq yolunun və uşaqlıq boynunun baxışını keçirir. Götürülmüş yaxmalar bakterioloji analiz və mikrofloranın təyini üçün laboratoriyaya göndəriləcək. 1. Histeroskopiya adətən menstruasiyadan 3-5 gün sonra aparılır. Müayinəyə bir həftə qalmış dərman preparatlarından (şamlar, həblər, spreylər), yerli kontrasepsiya vasitələrindən, intim gellərdən, gigiyenik vasitələrdən istifadə dayandırılır. Müayinəyə 2 gün qalmışdan başlayaraq cinsi əlaqəyə girmək olmaz. 2. Uşaqlıq boşluğundan hər hansı törəmənin xaric edilməsi planlaşdırılrsa bir neçə günə stasionara hospitalizasiya olunmağa hazır olmaq lazımdır. Əməliyyat yerli anesteziya və ya narkozla keçirilə bilər. Diaqnostik müayinə ağrısızlaşdırılma tələb etmir.