Hərbi hissələrdə Novruz bayramı tədbirləri keçirilib


Digərləri 21 Mar 2019 17:46:00 347 0

Hərbi hissələrdə Novruz bayramı tədbirləri keçirilib

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, təntənəli mərasimlərdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə yüksək əhval ruhiyyə, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.