Metropolitendə bayram konsertləri 3 gün davam edib (FOTO)


Digərləri 21 Mar 2019 17:32:35 174 0

Metropolitendə bayram konsertləri 3 gün davam edib (FOTO)

Bakı metropoliteninin dörd stansiyasında Novruz bayramı ilə əlaqədar üç gün ərzində konsert proqramı keçirilib

Bakı. Bakı metropoliteninin dörd stansiyasında Novruz bayramı ilə əlaqədar üç gün ərzində konsert proqramı keçirilib. “Bakı Metropoliteni” QSC-dən Trend-ə verilən məlumata görə, hər gün səhər saat 11-də "28 May" stansiyasında başlayan proqram daha sonra “Sahil”, “İçərişəhər” və "Elmlər Akademiyası" stansiyalarında davam etdirilib. Proqrama simli kvartetin və milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri, folklor nümunələri daxil edilib.