Yeni BMW X3 M və X4 M FOTO


Digərləri 21 Mar 2019 17:01:00 345 0

Yeni BMW X3 M və X4 M  FOTO

BMW şirkəti yolsuzluq avtomobilləri X3 və X4-ün M idman versiyalarının onlayn təqdimatını keçirib. Bu krossoveri adi X3 və X4-dən fərqləndirmək üçün M-versiyalara qara radiator barmaqlığı quraşdırılıb, avtomobillərin qabaq hissələri daha aqressiv olub, hava çıxıntıları daha da böyüdülüb, həmçinin güzgülərin qapaqları daha aerodinamikdır, arxada isə unikal diffuzor var.

Son.az auto.az-a istinadən bildirir ki, qaz buraxma sistemi də standartdan fərqlənir və 4 boru ilə təchiz edilib. Digər təkmilləşdirmələr arasında xüsusi M-spoylerləri, əlavə ban rənglərini və 20-düymlük təkər disklərini qeyd etmək lazımdır.

X3M və X4M-in əsas fərqli cəhəti, əlbəttə ki, kapotun altında dayanır - bu, 3-litrlik, 6-silindrli, iki turbo yükləyicili mühərrikdir ki, o, 473 a.g. və 598 Nm fırlanma anı verir.

Mühərrik M-versiya üçün məxsusi olan 8-pilləli avtomat sürət qutusu və tam ötürücü ilə birgə çalışır.  Bu güc qurğusu krossoverləri 0-dan 100 km/saata 4,1 saniyəyə sürətləndirir, maksimal sürət isə 280 km/saatdır.


Xəbərə aid fotolar