Osmanlı qadınlarının cinsi həyatı ilə bağlı


Digərləri 21 Mar 2019 16:24:00 304 0

Osmanlı qadınlarının cinsi həyatı ilə bağlı

İşləmədiyi üçün hərəm qadını olmaq, varlı insanlarla evləndirilmək kimi həyat şərtləri olan və bununla gələcəklərini təmin edən Osmanlı qadınlarının əslində çətin və qəribə yaşam tərzləri olub.

Son.az publika.az-a istinadən xəbər verir ki, Osmanlı dövründə qadınlara tanınan hüquqların bir hissəsini nəzərinizə çatdırır:

1. Osmanlı qadınları hərəmağaları ilə yaşadıqları cinsi münasibətlərdən vaz keçə bilməyiblər. Onlar oral cinsi əlaqə mövzusunda təcrübəli və hətta usta olublar. Bir hərəmağası ilə münasibət qurduqdan sonra başqa biri ilə evlənən qadınlar eyni həzzi həyat yoldaşlarında da axtarıblar. Çox zaman bu axtarışlar boşanmaya belə səbəb olub.

Arxivlərdən əldə edilən məlumata görə, bir saray işçisi saray hərəminin ağasına yazdığı məktubda qadınlardan şikayət edib: "Hərəmağaları ilə yaxın münasibət quran qadınların doymaq bilməyən cinsi istəkləri olduğunu artıq bütün İstanbul bilir. İki qadın saraydan azad edilib və evləndirilib. Ancaq bir həftə sonra boşanıblar. Səbəb isə qadınların həyat yoldaşları ilə hərəmağaları qədər yaxşı cinsi münasibət qura bilməməsi olub".

Bəzi hərəmağaları isə qadınlardan daha çox kişilərlə əlaqə qurmağı üstün tutublar. Bugünkü təbirlə desək, homoseksual olublar.

2. Osmanlı dönəmində evlilik mövzularında qadınların söz haqqı olmayıb. Əgər ailələr razılaşıbsa, artıq burada qadınların seçim haqqı olmayıb. Kişilərdə isə bunun tam əksi olub. Evlənməkdən qaça bilən çox az qadın isə yaşının kifayət qədər kiçik olması bəhanəsiylə nikaha girməyib.

Müsəlman qadınların işi daha çətin olub. Belə ki, müsəlman bir kişi hər hansı bir dindən olan qadınla evlənə bilərmiş. Qadınlara isə bu, qəti qadağan edilib. Kişilər heç bir bəhanə gətirmədən boşana bilibsə, qadınların çox ciddi bir səbəb olmadan boşanması mümkünsüz olub.

Ayrıca, xalq arasında bir neçə nəfərlə evlənmək məsələsinə heç də yaxşı baxılmayıb. Bu adət, əksərən, saray kişilərinə məxsus olub.

3. Osmanlı dövründə qadınların bir-birləri ilə tanış olma üsulları da fərqli olub. Şəhər qadınları bir-birlərinin evinə uzun ziyarətlər təşkil edib. Ümumi hamamlarda bir araya gələn qadınlar saatlarla söhbət edib, hətta, yemək və əyləncə məclisləri də keçiriblər. Osmanlı dövründə yaşı kifayət qədər olan bir qadının hamilə qalması kübarlıq əlaməti sayılırmış.

4. Sözügedən dövrdə qadınların geyimləri də kəskin fərqlənib. Mentalitetdən əlavə, qadınların geyim tərzini həm də onların maddi imkanları təyin edib. Məsələn, imkanlı ailələrin qadınları pambıq və ipəkdən hazırlanmış incə köynək və şalvar tipli geyimlərə üstünlük verib. Kəmər isə varlı qadınların ən vacib aksessuarlarından sayılıb.

Maddi imkanı daha az olan qadınlar isə məxmər və ya ipəkdən hazırlanan geyimlər geyinib. Kasıb qadınlar ucuz parçalardan istifadə edib.

Osmanlı dövlətində müsəlman olmayan qadınlar geyim mövzusunda daha rahat olub. Onlar hətta başıaçıq şəkildə ictimai yerlərə çıxa biliblər.

Ancaq ictimai məkanlarda əl-ələ tutaraq gəzmək qadağan edilib və günah sayılıb. Cütlüklər, adətən, ya təsadüfən, ya da kiminsə vasitəsilə bir-birlərini tanımağa imkan tapıb. Onlar bir-birləri ilə yalnız məktub vasitəsilə əlaqə saxlaya bilib. Bir çox aşiq məhz bu yolla yazdığı şeirləri sevdikləri qadınlara göndərə bilib.

5. Az təsadüf edilsə də, Osmanlıda evinin həm qadını, həm də kişisi kimi baxılan xanımlar olub. Onlar əsasən, ya yetim, ya da dul qaldıqları üçün təkbaşına yaşamağa məcbur olub. O dövrdə bir qadının işləməsi xoş qarşılanmasa da, işləyən qadınlar əlbəttə, olub. Ərindən və ya ailəsindən qalan tarlaları işlədən və parça satan qadınlara daha çox rast gəlinib.


Xəbərə aid fotolar