LOR həkiminə teztez verilən suallar


Digərləri 21 Mar 2019 16:15:00 210 0

LOR həkiminə teztez verilən suallar

Sual: Uşaqların qulaqlarının gigiyenası necə olmalıdır?

Cavab: Qulaq özü təmizlənən orqandır və əlavə təmizlənməyə ehtiyac duymur. Qulaqlar yalnız xaricdən təmizlənməli. Qulaqlara hər hansı əşyalar daxil edilməməli, dərman preparatlarından isə yalnız LOR həkimin icazəsi ilə istifadə olunmalıdır.

Sual: Niyə bəzi uşaqların qulaqları daha tez-tez ağrıyır?

Cavab: Son.az sahhat.az-a istinadən bildirir ki, qulaq ağrılarının səbəbləri müxtəlif ola bilər, adətən:

• qulaq tıxacı

• xarici eşitmə yollarında kəskin infeksiya

• qulaq pərdəsinin kəskin infeksiyası

• orta qulağa mayenin yığılması

Problemin araşdırılması üçün uşağın qulaqlarına baxılmalıdır. Qulaq ağrısına qeyri-ciddi yanaşmaq olmaz, bu bir sıra ciddi xəstəliklərlə nəticələnə bilər. 

Sual: Uşağı qulaq infeksiyalarından necə qorumaq olar?

Cavab: Qulaq infeksiyalarının əksəriyyətindən qorunmaq üçün qulaqların gigiyenası qaydalarına riayət etmək kifayətdir: 

Çirkli suyun qulaqlara daxil olmamasına nəzarət etmək

Uşağı silkələməmək və heç bir halda, hətta zarafat naminə, zərbə yetirməmək, qulaqları dartmamaq

Ən cuzi qulaq ağrısı, qulaqdan ifrazat, eşitmənin zəifləməsi kimi hallar həkimə müraciət etmək üçün səbəbdir

Uşaqlara qulaqlara hər hansı əşyanın salınmasının nə kimi fəsadlarla nəticələnə biləcəyini başa salmaq

Sual: Qulaq ağrısından azad olmaq üçün xalq təbabi reseptlərindən istifadə etmək olarmı?