Keratokonus nədir?


Digərləri 21 Mar 2019 15:45:00 217 0

Keratokonus nədir?

Keratokonus degenerativ qeyri iltihabi göz xəstəliyidir. Bu xəstəlik zamanı buynuz qişa nazilir və gözdaxili təzyiqin normal olmasına baxmayaraq önə qabararaq konus formasını alır. Bu cür buynuz qişadan keçən işıq şüaları qeyri düzgün sınaraq tor qişada təhrif olunmuş görüntü əmələ gətirir. Keratokunus əksər hallarda( 95%) bir gözdən başlasada sonda hər iki gözü zədələyir. Xəstəlik 15-25 yaş arasında proqressivləşən yaxından görmə və astiqmatizm ilə başlayır. Hər oftalmoloji baxış zamanı yeni eynək və ya linzanın təyin olunması vacib olur. Lakin, bir müddətdən sonra eynək korreksiyası artıq dəqiq görüntü vermir. Əşyalar qeyri dəqiq, uzanmış, dumanlı görünür. Parlaq işığa həssaslıq yaranır, yaşarma, qıcıqlanma əmələ gəlir. Uzun müddət yalnız kontakt linzalar kömək edir.

Son.az sahhat.az-a istinadən bildirir ki, keratokonusun səbəbləri hələ dəqiq bəlli deyil. Buynuz qişadakı fermentlərin balansı pozulduqda kornea sərbəst radikallara qarşı müqavimət göstərməkdə aciz olur. Bu sərbəst radikallar korneanı zədələdikdə onun incəlməsi və qabarmasına gətirib çıxarır. Korneanın zədələnməsinə nələr səbəb ola bilər: - Ultrabənövşəyi şüaların davamlı təsiri - Gözlərin üzün müddət ovxalanması - Düzgün seçilməmiş kontakt linzalardan istifadə

30 % hallarda keratokonusa allergik xəstəliklərlə (astma, ekzema, allergik konyunktivit) birlikdə təsadüf olunur. Gözlərin uzun müddətli qaşınması nəticəsində kornea zədələnir. Bəzi tədqiqatlar fermentlər balansının pozulmasına irsi meyllik olduğunu göstərir.