Britaniyada dörd məscidə hücum – FOTO


Dünya 21 Mar 2019 15:22:00 228 0

Britaniyada dörd məscidə hücum – FOTO

Britaniya polisi cümə axşamı Birminqem şəhərində dörd məscidə edilən vandal hücumu ilə əlaqədar istintaq aparır.  Naməlum şəxs dörd ayrı məhəllədə yerləşən məscidin şüşələrini qırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda Uest-Midlends qraflığının polis idarəsi məlumat  yayıb.

"Hələlik ötən gecə baş verən  bu hücumların motivləri məlum deyil", -deyə polis rəsmisi Deyv Tompson bildirib.


Xəbərə aid fotolar