McLarendən yeni rodster 600LT Spider FOTO


Digərləri 21 Mar 2019 14:30:00 237 0

McLarendən yeni rodster 600LT Spider  FOTO

McLaren şirkəti üstü açıq Spider 600LT modelini təqdim edib. O, McLaren-in Longtail sıralamasında beşinci avtomobil oldu. Superkar 3,8-litrlik, iki turbo yükləyicili, 592 a.g. və 620 Nm gücü olan V8 mühərriki ilə təchiz edilib.

Son.az auto.az-a istinadən bildirir ki, güc qurğusu 7-pilləli, iki muftalı avtomat sürət qutusu ilə birgə işləyir. Bu, superkarı 100 km/saata 2,9 saniyəyə sürətləndirir, maksimal sürət isə 324 km/saatdır. Yerindən 200 km/saata sürətlənmə isə 8,4 saniyəyə həyata keçirilir. Bu, kupe banında olan versiyadan 0,2 saniyə gecdir.

Doğma qardaşı 600LT Coupe kimi, Spider də standart 570S Spider-dən 100 kq yüngüldür. Karbon lifindən olan möhkəm şassi sayəsində 600LT Spider kupe kimi əvvəlki ban sərtliyini saxlayıb. Buna baxmayaraq, çəki cəmi 50 kq artıqdır - 1297 kq.


Xəbərə aid fotolar