Damar cərrahına teztez verilən suallar


Digərləri 21 Mar 2019 14:10:00 374 0

Damar cərrahına teztez verilən suallar

Pasiyentlərin elektron ünvanımıza yolladıqları sualların bir qismini damar problemləri təşkil edir.

Son.az sahhat.az-a istinadən bildirir ki, sualları cərrah-fleboloq, Dr. Çingiz Abdullayev cavablandırır.

Sual: Ayaqlarım şişir. Nə etməliyəm? Müalicəsi nədir? Cavab: İlk öncə bunun səbəbini araşdırmaq lazımdır. Aşağı ətrafların şişməsinin bir sıra səbəbləri ola bilər: - ürək patologiyaları - limfadamar çatışmazlığı - limfostaz - venoz damarların varikozu - qara ciyər sirrozu, qara ciyərə metastazlar - revmatoloji xəstəliklər, oynaqların degenerativ xəstəlikləri - böyrək xəstəlikləri - onkoloji xəstəliklər Yalnız həkimin baxışından və müayinələrindən sonra diaqnozu dəqiqləşdirmək olar: - qanın ümumi analizi, protrombin indeksi, fibrinogen, qanaxma müddəti. - aşağı ətraf damarlarının ultrasəs doppleroqrafiyası - EKQ - ağ ciyərlərin rentgenoqrafiyası - qarın boşluğu orqanlarının ultrasəs müayinəsi

Sual: Ayaqlarda problemlərin yarandığını və həkimə getmək lazım olduğunu hansı əlamətlər bildirir? Cavab: Varikoz xəstəliyinin və damar çatışmazlığının ilk simptomları aşağıda sadalanan əlamətlərdən birinin və ya bir neçəsinin olmasıdır. - ayaqlarda ağırlıq hissi - fiziki gərginlikdən sonra ağrı hissi - ayaqlarda gün ərzində artan gərginlik və ağrılar - gecə vaxtı qıcolmalar - ayaqlarda teleangioektaziyaların (xırda kapillyarların genişlənməsi) əmələ gəlməsi Onu da unutmayaq ki, varikoz xəstəliyin ilk simptomları olan ayaqlarda ağırlıq, zəif ağrılar, halsızlıq yastıpəncəlilikdə, bel osteoxondrozunda da ola bilər. Belə hallarda düzgün diaqnoz qoymaq üçün mütləq mütəxəssisə (fleboloqa, nevroloqa, ortopedə) müraciət etmək vacibdir. Vaxtında ətraflı müayinə və düzgün müalicə üçün mütəxəssisə müraciət etmək sağalmağ üçün şərtdir.

Sual: Varikoz xəstəliyindən necə sağalmaq olar? Hansı müasir müalicə metodlarından istifadə olunur? Hansı metod daha yaxşı nəticələr verir? Cavab: Flebologiyanın müasir inkişaf dövründə varikoz xəstəliyin müalicəsi üçün müxtəlif müalicə üsullarından istifadə olunur: - Klassik əməliyyat (flebektomiya) - Damardaxili lazer koaqulyasiyası - Skleroterapiya - Kiçik flebektomiya - Kompression terapiya - Medikamentoz müalicə Müalicə metodu hər pasiyent üçün individual olaraq seçilir. Bu zaman xəstəliyin ağırlığı, damar sisteminin vəziyyəti, hər xəstənin individual xüsusiyyətləri, hər hansı ağırlaşmaların və yanaşı xəstəliklərin olub olmaması nəzərə alınır. Təbii ki, bütün bü metodlar yalnız təcrübəli mütəxəssisin əlində effekt göstərə bilər.