Everestdə buzlaq əridi, itkin alpinistlərin meyitləri aşkarlandı


Dünya 21 Mar 2019 13:42:00 248 0

Everestdə buzlaq əridi, itkin alpinistlərin meyitləri aşkarlandı

Qlobal istiləşmənin təsiri altında Everest dağında buzlaqların əriməsi nəticəsində həlak olmuş alpinistlərin meyitləri üzə çıxır.

Son.az oxu.az-a istinadən bildirir ki, ötən əsrin 20-ci illərindən bəri Everest zirvəsini fəth etməyə çalışan 300-ə yaxın alpinist həlak olub.  "Ekstrim qurbanlarının" üçdə-iki hissəsinin ölüsü indiyə kimi tapılmayıb.

Habelə yaz mövsümünün başlanması ərəfəsində dağın Çin ərazisində 10 alpinistin don vurmuş meyitləri üzə çıxıb.