Yaşıl çay piylənmə riskini azaldır, aktyorun rol üçün


Digərləri 21 Mar 2019 13:50:00 211 0

Yaşıl çay piylənmə riskini azaldır, aktyorun rol üçün

Yaşıl çay sizin düşündüyünüzdən daha faydalı ola bilər.

Yeni elmi araşdırmaların nəticələrinə görə, yaşıl çay piylənmənin və piylənməyə görə yaranan xəstəliklərin qarşısını alır.

Ohio Universitetinin biokimyaçılar qrupunun eksperimentləri nəticəsində məlum olub ki, yaşıl çayın 2 faizlik ekstratı siçanların bağırsaqlarında daha sağlam bakterial mühit yaradır.

"Bizim araşdırmalarımız göstərir ki, yaşıl çay bağırsaqlarda faydalı mikrofloranın artmasına şərait yaradır, bu da öz növbəsində piylənmə riskini azaldan faydalı dəyişikliklərə gətirib çıxarır", araşdırmanın baş eksperti professor Richard Bruno deyir.

Yaşıl çay ənənəsi bir çox ölkələrdə populyardır. Amma sağlam pəhrizin vacib elementlərindən biri kimi son illərdə o, artıq bütün dünyada məşhurlaşıb. Alimlərin bir çoxu hesab edir ki, onun tərkibindəki antioksidantlar (katexinlər) immuneti artırır, damar xəstəlikləri riskini isə azaldır.

Yaşıl çay ekstratı əlavə edilmiş yağlı yeməklərlə bəslənən siçanlar digərlərindən orta hesabla 20 faiz az çəki alırlar. Eyni zamanda, belə siçanların insulinə qarşı həssaslığı rasionlarında yaşıl çay olmayan siçanlarınkından daha çox olur.

Yaşıl çay ekstratı verilmiş heyvanlarda bağırsaq iltihabının yaranması ehtimalı və piy hüceyrələrinin sayı da azalıb. Bundan başqa, yaşıl çay bağırsaq mikroblarının yaratdığı endotoksin maddəsinin qana keçməsinə də mane olub.

Professor Bruno deyir ki, siçanlara verilən yaşıl şay ekstratının miqdarı gündə 10 stəkan yaşıl çaya ekvivalentdir. "Elə görünə bilər ki, miqdar həddindən artıq çoxdur. Amma bəzi ölkələrdə bu say qətiyyən təəccüb doğurmaz".

İstilik-nüvə sınaqlarında Çin uğuru

Ötən ilin noyabr ayında Çin fizikaçıları elan etdilər ki, təkmilləşdirilmiş eksperimental yarımkeçirici tokamak (EAST - istilik-nüvə reaktorunun prototipi) plazma temperaturunu 100 milyon selsi dərəcəyə çatdırıb.

Çinin istilik-nüvə reaktorunun rekonstruksiyası (tokamakın maqnitli çarxları olan toroid kameralar tipi) üzrə işlər davam etdirilirdi və ötən bazar milli nüvə korporasiyasının nümayəndəsi Duan Xuru açıqlayıb ki, yeni HL-2M reaktorunun yaradılması üzrə işlər bu il başa çatdırılacaq.

"Süni günəşin plazması əsas etibarilə elektronlardan və ionlardan ibarətdir. Müasir tokamaklar öz əsas plazmalarındakı elektronların Selsi üzrə 100 milyon dərəcəni keçən həddinə yüksəliblər. İonun temperaturu isə 50 milyon dərəcə olub. Məlum olduğu kimi, cihazın temperaturu məhz ion sayəsində generasiya edir".

Mütəxəssislər deyirlər ki, Çinin HL-2M tokamakı ionların temperaturunu selsi üzrə 100 milyon dərəcəyə çatdıra bilər. Bu, təbii günəşdəki ionların temperaturundan 7 dəfə çoxdur.

Belə nəticə əldə edilsə, qurğu gələcək nəsil istilik-nüvə reaktorlarının prototipi rolunu oynaya bilər və alimlərin tükənməz təmiz enerji arzusu reallığa bir addım da yaxınlaşar.

Qara dənizli miqrantlar və İberiya yarımadası

Bürünc dövrünə aid sümük qalıqlarının analizdən məlum olub ki, qədim İberiya sakinlərinin gen strukturunda kəskin dəyişikliklər baş verib.

Bürünc dövründə Mərkəzi Avropadan İberiya (Pireney) yarımadasına miqrasiya müasir ispanların DNT-sində əhəmiyyətli iz qoyub. İspaniya və Portuqaliyada tapılmış insan qalıqları üzərindəki geniş araşdırılmalardan bu nəticə hasil olub.