Qaynar çay və qəhvənin böyük zərəri aşkarlandı


Digərləri 21 Mar 2019 12:11:00 258 0

Qaynar çay və qəhvənin böyük zərəri aşkarlandı

Beynəlxalq alim qrupu çayın və ya qəhvənin qaynar içilməsinin qida borusu xərçənginin meydana gəlmə və inkişafı riskini artırdığını müəyyən edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, elmi araşdırmanın nəticələri "EurekAlert!" nəşrində dərc olundu.

Alimlər 40-75 yaşları arasında 50 mindən çox insan arasında qidalanma vərdişlərini araşdırıb və orta hesabla 10 il müşahidələr aparıb. Tədqiqat qrupu bu müddət ərzində 317 nəfərə qida borusu xərçəngi diaqnozu qoyulub.