Dövlət sərhədində “Novruz” bayramı münasibətilə bayram tədbiri təşkil olunub (FOTO)


Digərləri 21 Mar 2019 11:09:20 261 0

Dövlət sərhədində “Novruz” bayramı münasibətilə bayram tədbiri təşkil olunub (FOTO)

Azərbaycan və İran sərhəd mühafizə orqanlarının rəhbərlərinin son görüşündə Novruz bayramının birgə qarşılanması haqqında qərar qəbul olunub

Bakı. Azərbaycan və İran sərhəd mühafizə orqanlarının rəhbərlərinin son görüşündə Novruz bayramının birgə qarşılanması haqqında qərar qəbul olunub. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin mart ayının 20-dən 21-nə keçən gecə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin birgə iştirakı ilə dövlət sərhədində “Novruz” bayramı münasibətilə bayram tədbiri təşkil olunub. Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət himnlərinin ifasından sonra nümayəndə heyətlərinin rəhbərləri Fəxri Qarovulların önündən keçiblər. Tədbir çərçivəsində keçirilmiş görüşdə sərhəd təhlükəsizliyinin təminatı, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində yüksək nəticələrin əldə edilməsi məqsədilə sərhəd mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsinin aparılması, ikitərəfli görüşlərin keçirilməsi üzrə ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.