Həyətində narkotik yetişdirən saxlanıldı


Kriminal 21 Mar 2019 10:54:00 201 0

Həyətində narkotik yetişdirən saxlanıldı

Həyətində narkotik yetişdirən şəxs saxlanılıb.

Son.az DİN-ə istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayonun Xalatala kənd sakini Ramazan Timirov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə bitkisinin şitilləri aşkar olunaraq götürülüb.