Bakı Novruzu böyük təntənə ilə qeyd edir (FOTO)


Digərləri 21 Mar 2019 10:43:05 223 0

Bakı Novruzu böyük təntənə ilə qeyd edir (FOTO)

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı bu il olkəmizin paytaxtı Bakı şəhərində xüsusi təntənə ilə qeyd edir

Bakı. Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı bu il olkəmizin paytaxtı Bakı şəhərində xüsusi təntənə ilə qeyd edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən paytaxtın bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılıb. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, işlər çərçivəsində şəhərin meydan və parkları, istirahət məkanları abadlaşdırılıb, burada yaşıllıqlar salınıb, yeni gül və kollar əkilib. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri, gecə işıqlandırılması quraşdırılıb. Bayramla əlaqədar mart ayının 2-dən etibarən partaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyə başlayib. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeylu ucuz təklif edirlər.