Siyasi şizzofreniya: "Keçirik ikinci plana"


Siyasət 21 Mar 2019 09:48:00 76 0

Siyasi şizzofreniya: "Keçirik ikinci plana"

Siyasətin milli təzahürünün müxalifət formasında ən qəribə və islahı hələ də mümkünsüz olan məqam şizofreniya həddinə çatan düşüncəsizlik, bəlkə də bilərəkdən edilən bəsitlikdir. Həmin primitivizmin səbəbləri barədə çox yazmışıq, di gəl ibtadi düşüncə daşıyıcıları hələ də özlərini haqlı, bizləri də onları mütləq şəkildə dəstəkləyəcək kütlə sayaraq çılğınlıqlarından qalmırlar.

Miqrant biznesi ilə siyasi zəlilliyi səhv salanların bahar aktivləşməsi başa düşüləndir. Bunun səbəbini psixiatrlar asanlıqla izah edə bilərlər və hər hərəkəti də terminlərlə adlandırıb ağı qaradan tez seçərlər.

Psixiatrik ekspertiza olmadan belə, bir para siyasətçilərin və siyasətçi olduqlarını düşünən sadəlövhlərin son çağırışları artıq izahı çətin həddə enib.

Fransada yaşayıb inşaatda işləyən, ailəsində "şərəfsiz" çağırılmasını normal sayan Məhəmməd Mirzəli əvvəl Tural Sadıqlı, sonra Orduxan Teymurxanla virtual "müharibə"lər aparandan sonra müstəvini dəyişdi və "mitinq təşkilatçı"sına çevrildi.

O, YouTube-dakı kanalının izləyicilərini, hakimiyyət mənsublarını təhqir etməklə özlərini demokrat insan və vicdanlı fərd sayan lümpenləri "tərəfdar" hesab edərək Azərbaycan əhlini martın 19-da mitinqə çağırdı.

"Ay camaat, gəlin yığışaq, gedin mitinqə!" tipli sarsaq çağırışlarını sıralayan "müstəqil bloqer" martın 19-da Fəvvarələr meydanında mitinq keçirilməsini istəyirdi.

Mirzəlinin çağırışı ilə digər "müstəqil bloqer"lərin YouTube-dakı kanallarının - hansı ki, hər birinin adının sonunda "TV" var və bu minvalla guya televiziya sayılırlar - "jurnalistləri" adlanan kəslər də yığışdılar Fəvvarələr meydanına. Onlara Əli Kərimli adına AXCP, Arif Hacılının təsərrüfat müdiri olduğu Müsavat, uğursuz alim və psevdosiyasətçi Cəmil Həsənlinin guya sədrlik etdiyi "Milli Şura"nın yerlərdə sürünən təəsübünü dartıb çəkən bir neçə adam, o cümlədən isterik gənc xanımlar da qatıldılar.

Hərəsinin də əlində, təbii, "siyasi silah və vətəndaş tribunası" olan smartfon. Çəkilişlər aramsız aparılırdı.

Aksiya qanunsuzdu, heç bir dövlət orqanından müvafiq icazə alınmamışdı və əslində, anarxosindikalistlərin yığnağını xatırladırdı.

Təbii, polis bayram günü Fəvvarələr meydanında bu marazmın reallaşmasına imkan vermədi. Jurnalist olduqlarını qışqıran 6 əlitelefonlu, yəni "bloqer" saxlandı, polis idarəsinə aparıldı, onların zəkalarının geridə olduğu deyiləndən sonra buraxıldılar.

Vəssalam.

Qanunsuz aksiyanı çəkib sosial şəbəklərdə onlayn translyasiya edən həmin "bloqer"lər qayıtdılar Fəvvarələr meydanına və kameralar qarşısında ağlayıb-sıtqamağa, sonra da hiddətlənməyə başladılar ki, bəs hakimiyyət onlardan qorxdu, iqtidar geri çəkildi, xalqın səsini boğmaq olmaz və ümumiyyətlə, bütün bunlar 19 yanvar mitinqinin məntiqi nəticəsidir.

Bəhs etdiyimiz davranış siyasi planktonluqdur, çünki Məhəmməd Mirzəlinin "müstəqil bloqer" qismində qəbul olunmasınadək tənəzzüül etmiş siyasi cameənin martın 19-nu aksiya tarixi, Fəvvarələr meydanını da aksiya yeri qismində seçmələri təsadüfi deyil.

Mirzəli bir tərəfə - o, özünə əl qatsa da, təşkilatçı deyil. Əsl təşkilatçılar bilirlər ki, martın 19-u kimi əlamətdar günlərdə şəhərin mərkəzi küçələrində insanlar çox olur. Və təbii ki, hüquq-mühafizə orqanları da vətəndaşların təhlükəsizliyini qorumaq üçün kimlərinsə, hansısa qrupun qayda pozmasına, icazəsiz toplaşmasına rüsxət vermir.

Aksiya iştirakçıları da fürsətdən yararlanır, kameralar qarşısında məğrur duruşda danışaraq buyururlar ki, "ay bizi sərbəst toplaşmağa qoymadılar", "polis imkan versəydi, daha çox insan yığışacaqdı" və s.

Belə yalanlar illərdir söylənir.

İş o yerə çatıb ki, sabiq konsul, özünü indi "barışmaz müxalifətçi" elan edən, xaricdə yaşayıb Azərbaycandakı siyasi proseslərə təsir etməyə çalışan Nahid Cəfərov belə, siyasi "həmtərəf"lərinin rüsvayçılıq dərəcəsindəki primitivliyindən şikayətlənib.

O, Facebook səhifəsində yazıb: "Birincisi, xaricdə, isti otaqda oturub təşkilatlanmamış xalqı küçələrə səsləmək siyasi savadsızlıq və məsuliyyətsizlikdir. Siyasət oyun oynamaq deyil. Burada milyonlarla insanın taleyinə təsir edə bilən qərarlardan söhbət gedir. Bu insanlar bu axşam Facebook-u bağlayıb gedəcəklər bayramı qeyd etməyə, amma bu insanlara görə artıq bir neçə nəfər saxlanıb".

Martın 19-da, Azərbaycanın İlaxır çərşənbə kimi qeyd etdiyi bayram günündə gəncləri Fəvvarələr meydanına çağırmaq siyasi degeneratizm yox, pis hazırlanmış ssenaridir. Təşkilatçılar əla bilirlər ki, martın 19-u azərbaycanlılar üçün nə deməkdir, Fəvvarələr meydanına toplaşan insanlar əsla siyasi məqsədlərlə bir araya gəlməyiblər. Bayram günündə provokasiyanı gerçəkləşdirmək istəyinin, sadəcə, bir açması var: entomologiyanın tədqiqat obyekti olası fərdlər sosial şəbəkələr, xüsusilə də YouTube videoservisi vasitəsilə "xalqa çağırış"lar etməklə aldıqları tapşırıqları yerinə yetirir, onlara ayrılmış pulların müqabilində "real iş" görməyə çalışırlar.

Məsələn, Məhəmməd Mirzəli aksiyanın alınmadığını görən kimi yeni çağırış edir: "İkinci plan  işə salınır. Polis, Daxili Qoşunlar, Çevik Polis Alayı, Prezident Qvardiyası Fəvvarələr meydanını mühasirəyə alıb ki, mitinq keçirilməsin. Camaat, gedin İçərişəhərə".

Yəni, nəyin bahasına olursa-olsun, martın 19-da Bakıda çaxnaşma yaratmaq, həbslərə nail olmaq, bütün bunları da smartfonlarla çəkib sosial şəbəkələrdə paylaşmaq və beləcə, "rejimin qəddarlığını" göstərib yeni "müzakirələr"ə başlamaq, yeni ahu-zarlara start vermək.

Çünki ən bəsit formada təşkilatlanmanın olmadığı, idarəetmənin gözə dəymədiyi, ideyanın pusluğu şəraitində bir dəstə insanın Bakının mərkəzi küçələrində aksiya keçirmək cəhdi istənilən halda prosesin təşkilatçıların nəzarətindən çıxması ilə nəticələnəcəkdi.

Bunu virtual resurslardan faydalanan məxluqat anlamır və ya anlasa da, bildiyini edir. Odla oynayan, kütlənin qarşısına düşüb kütləni idarə etməyə çalışan həmin kəslər dərk edə bilmirlər ki, siyasətlə məşğul olmaq ilk əvvəl məsuliyyət və ciddilik tələb edir.

Həmin məziyyətlər yoxdursa, olası, sadəcə, hoqqabazlıqdır və xəstə təfəkkürdür.

O təfəkkür ki, Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə olmasa da, dolayısı iştirakı ilə saxta profillər vasitəsilə sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını kütləvi itaətsizliyə və iğtişaşlara çağırılır.

Tural Sadıqlıdan tutmuş, Sevinc Osmanqızı və Məhəmməd Mirzəli kimi primitivlərin unison olaraq dedikləri bir məqam var: "Mitinqlərə, yürüşlərə, piketlərə çıxın - ən uzağı həbs edəcəklər. Sizi kameralar çəkəcək, narahat olmayın. Sonra Qərbə asanlıqla mühacirət edib siyasi sığınacaq ala bilərsiniz".

Azərbaycanda müxalifətin mitinqlərinə yollananların da tam əksəriyyəti sonradan Qərbə getmək üçün "gərəkli" görüntülər əldə etmək, bu minvalla "siyasi kapital" toplamağa çalışanlardır.

Fəqət, bu insanlara bir həqiqəti açıqlayaq: Qərb artıq "müstəqil siyasi fəal"ların və "bloqer"lərin miqrant biznes şəbəkəsini çözüb. Aldanmayın - sonradan deportasiya edilərək Azərğbaycana zorla qaytarılmaq istəmirsinizsə, bu fırıldaqçıların şirin vədlərinin toruna düşməyin.

Bu arada Müsavat Partiyası da yeni mitinq həvəsinə düşüb.

Partiyanın Divanı aprelin 7-də kütləvi tədbir keçirilməsi ilə bağlı qərar qəbul edib. Məlumatı partiyaya yaxın "Basta" yayıb.

Aksiyanın "Siyasi məhbuslara azadlıq!", "Sərbəst toplaşma azadlığı təmin edilsin!", "Azad seçki və siyasi rəqabət üçün şərait yaradılsın!" və digər şüarlar altında keçirilməsi nəzərdə tutulur.

Partiyadan bildirilib ki, martın 19-da bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət təqdim olunub.

Müraciətdə aksiya ilə bağlı 3 marşrut göstərilib:

1. Metronun "Azadlıq" stansiyasından "Dərnəgül" stansiyasınadək S.S.Axundov küçəsi ilə yürüş və burada mitinq.

2. Metronun "20 Yanvar" stansiyasından "Məhsul" stadionunadək yürüş və burada mitinq.

3. Metronun "Gənclik" stansiyasının çıxışı - T.Bəhrəmov adına stadionun qarşısındakı meydanda mitinq.

Hər hansı şərhə ehtiyac yoxdur.

Azərbaycanda genişmiqyaslı və köklü islahatlar gedir, ölkə dəyişir - müxalifətlə özünü müxalifət sayanların şüurlarında isə heç bir dəyişiklik yox.

Kədərli mənzərədir.

Elçin Alıoğlu Son.az

Azərbaycana yaz gəldi like
  • 21 Mar 09:42  
Digərləri Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəlib.

arrow Ətraflı
Karaciç ömürlük həbs cəzasına məhkum edildi like
  • 21 Mar 09:37  
Dünya Karaciç ömürlük həbs cəzasına məhkum edildi

Birləşmiş Millətlər Təşkilatının müharibə cinayətləri üzrə tribun

arrow Ətraflı
Bakıda sərnişin avtobusu yanıb like
  • 21 Mar 09:32  
Digərləri Bakıda sərnişin avtobusu yanıb

Bakıda yanğın qeydə alınıb

arrow Ətraflı
Müəmmalı şəkildə ölən keçmiş nazirin İspaniyada çoxsaylı mülkləri üzə çıxıb  FOTO like
  • 21 Mar 09:31  
Dünya Müəmmalı şəkildə ölən keçmiş nazirin İspaniyada çoxsaylı mülkləri üzə çıxıb FOTO

Rusiyanın keçmiş mətbuat naziri, 2015-ci ilin noyabrında Vaşinqtondakı &q

arrow Ətraflı
LosAncelesdə evdə partlayış: like
  • 21 Mar 09:26  
Dünya LosAncelesdə evdə partlayış:

Los-Ancelesdə evdə partlayış baş verib.

arrow Ətraflı
Kral idmanəyləncə layihələrinə 23 milyard dollar ayırdı like
  • 21 Mar 09:20  
Dünya Kral idmanəyləncə layihələrinə 23 milyard dollar ayırdı

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud paytaxt Ər

arrow Ətraflı
ABŞ Suriyada 400 hərbçi saxlayacaq like
  • 21 Mar 09:09  
Dünya ABŞ Suriyada 400 hərbçi saxlayacaq

ABŞ prezidenti Donald Tramp Suriyada 400 hərbçi saxlayacaqlarını bildirib.

arrow Ətraflı
Azərbaycanda pulsuz dərmanla təmin edilən xəstələrin sayı açıqlandı like
  • 21 Mar 09:05  
Digərləri Azərbaycanda pulsuz dərmanla təmin edilən xəstələrin sayı açıqlandı

Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi daim dövlə

arrow Ətraflı
Yeni Chrome 73 çıxdı like
  • 21 Mar 08:59  
Digərləri Yeni Chrome 73 çıxdı

Google şirkəti Chrome üçün yenilənmə buraxdı.

arrow Ətraflı
Yeməkləri tanıyan süni zəka like
  • 21 Mar 08:55  
Digərləri Yeməkləri tanıyan süni zəka

MIT (Massaçusets Texnologiya İnstitutu) araşdırmaçıları fotoşəkili çə

arrow Ətraflı
Falcon Heavy raketinin növbəti uçuş missiyasının tarixi məlum oldu like
  • 21 Mar 08:51  
Digərləri Falcon Heavy raketinin növbəti uçuş missiyasının tarixi məlum oldu

SpaceX şirkətinin ağır raketi olan Falcon Heavy 7 aprel tarixində Lockheed

arrow Ətraflı
Airbus birnəfərlik drontaksi yaratdı like
  • 21 Mar 08:46  
Digərləri Airbus birnəfərlik drontaksi yaratdı

Airbus şirkəti şaquli olaraq qalxıb eniş edə bilən ilk dron-taksini yarat

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 21 Mar 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Xiaomi Redmi A1 paltaryuyan maşınını təqdim etdi like
  • 21 Mar 08:41  
Digərləri Xiaomi Redmi A1 paltaryuyan maşınını təqdim etdi

Çinin ağıllı telefon istehsalçısı smart xüsusiyyəti olmasa da məişət

arrow Ətraflı
İnternetin yaradıcısı qlobal şəbəkənin düşmənləri haqda danışdı like
  • 21 Mar 08:35  
Digərləri İnternetin yaradıcısı qlobal şəbəkənin düşmənləri haqda danışdı

İnterneti yaradan Tim Berners Li, dünya şəbəkəsinin 30-illiyinə həsr olu

arrow Ətraflı