Müəmmalı şəkildə ölən keçmiş nazirin İspaniyada çoxsaylı mülkləri üzə çıxıb FOTO


Dünya 21 Mar 2019 09:31:00 181 0

Müəmmalı şəkildə ölən keçmiş nazirin İspaniyada çoxsaylı mülkləri üzə çıxıb  FOTO

Rusiyanın keçmiş mətbuat naziri, 2015-ci ilin noyabrında Vaşinqtondakı "Dupont Circle" otelində müəmmalı şəkildə ölən Mixail Lesinin İspaniyada çoxsaylı mülkləri aşkar olunub.

Son.az bildirir ki, virtualaz.org "Rosbalt"a istinadən  xəbər verir ki, 2015-ci ildə İspaniya hüquq-mühafizə orqanları Mixail Lesinin 2009-cu ildə vəzifədən niyə azad olunduğu barədə informasiya toplayıb və Rusiya hakimiyyət orqanlarına sorğular verib. Belə ki, İspaniya hüquq-mühafizə orqanları Lesinin korrupsiya ilə bağlı işdən azad edilməsindən şübhələnirdi.

Məlum olub ki, ispan hakimiyyəti İspaniya ərazisində Mixail Lesinə və onunla bağlı olan adamlara məxsus çoxsaylı mülklər, daşınmaz əmlak obyektləri aşkarlayıb. Həmin mülklər offşor firmalar üzərindən alınıb. Şübhə var ki, bu mülklərin alınması üçün "çirkli pullar" istifadə olunub.

Bundan əvvəl Rusiya mənbələri xəbər vermişdi ki, İspaniya hüquq-mühafizə orqanları Mixail Lesinin bu ölkədə cinayətkar yollarla əldə edilmiş gəlirləri leqallaşdırmasına dair təhqiqatı davam etdirməkdən imtina edib.

57 yaşında Vaşinqtondakı oteldə ölü tapılan keçmiş rusiyalı nazirin ölümü hələ də müəmmalı olaraq qalır. Versiyalardan birinə görə o, Rusiya hakim elitası ilə bağlı kompromatları Federal Təhqiqatlar Bürosuna verməyə razılaşmışdı və Vaşinqtona bu məqsədlə getmişdi. Lakin ona planını sona çatdırmağa imkan verməyiblər.