Karaciç ömürlük həbs cəzasına məhkum edildi


Dünya 21 Mar 2019 09:37:00 287 0

Karaciç ömürlük həbs cəzasına məhkum edildi

Birləşmiş Millətlər Təşkilatının müharibə cinayətləri üzrə tribunalının hakimləri 1990-cı illərdə Balkan müharibəsi zamanı kütləvi qırğınlar və digər vəhşiliklər törədən Bosniya serblərinin sabiq lideri Radovan Karaciçə qarşı ömürlük həbs cəzası hökmü çıxardı.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Apellyasiya məhkəməsi Karaciçə qarşı bundan əvvəl 1995-ci ildə Srebrenitsada soyqırım ittihamına görə irəli sürülən 40 il həbs cəzasının yülgül olduğunu deyərək, onun qəddarcasına törətdiyi cinayətlərinin sistematik olduğunu bildirib.

Hakim Vayn Yoensen hökmü oxuduqdan sonra müharibədən sağ çıxanlar qərarı ayaq üstündə, sürəkli alqışlarla qarşılayıb. Birləşmiş Millətlər Təşkilatının müharibə cinayətləri üzrə tribunalının qərəzli olduğunu deyən Karadiçin üzündə isə heç bir emosiya yox idi.

Beş nəfərdən hakim heyəti törətdiyi cinayətlərin qeyri-adi ağırlığı və miqyasınəzərə alınarsa Karadiçə qarşı çıxarılan 40 il həbs cəzasının çox yüngül olduğu qərarına gəlib.