Airbus birnəfərlik drontaksi yaratdı


Digərləri 21 Mar 2019 08:46:00 209 0

Airbus birnəfərlik drontaksi yaratdı

Airbus şirkəti şaquli olaraq qalxıb eniş edə bilən ilk dron-taksini yaratdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, Airbus kimi nəhəng avia şirkət tərəfindən həyata keçirilən 'Vahana' adlı layihə xəyalları gerçəyə çevirmək adına ilk nəqliyyat vasitəsinə qovuşdu. Şirkət, şaquli olaraq qalxıb enə bilən birnəfərlik pilotsuz dron taksi yaratdı.

Sərnşinləri ən çox 100 kilometr uzaqlığa daşıya biləcəyi açıqlanan bu sərnişin təyyarəsi, keçən il ilk uçuş sınaqlarını reallaşdırmışdı. Keçən ildən bu yana hazırlanan dron-taksi, 5 saat davam edən tam 50 sınaq uçuşunu müvəffəqiyyətlə tamamladı.