Xiaomi Black Shark 2 smartfonu təqdim olundu


Digərləri 21 Mar 2019 08:31:00 190 0

Xiaomi Black Shark 2 smartfonu təqdim olundu

"Xiaomi" şirkəti "Black Shark" adlı oyun smartfonunun ikinci nəslini təqdim edib. Bu, ötən il təqdim edilmiş "Black Shark" və "Black Shark Helo" smartfonlarının varisidir.   Son.az ICTnews-a istinadən bildirir ki, "Black Shark 2" smartfonu "Full HD+" (2340x1080 piksel) təsvir ölçülü 6,39 düymlük ekran, 48+12 MP-lik ikiqat əsas kamera və 20 MP-lik ön kamera, həmçinin sürətli enerjidoldurma funksiyasına malik 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.   Aparat, həmçinin "Qualcomm Snapdragon 855" prosessoru, 6/8/12 QB-lıq əməli və 128/256 QB-lıq daxili fləş yaddaşa malikdir. 2 ədəd SIM kart, "4G VoLTE", "Wi-Fi" (802.11ac), "Bluetooth 5", "GPS+QLONASS" texnologiyaları dəstəklənir, "USB Type-C" portu mövcuddur.   Barmaq izi skaneri ekranın alt hissəsinə keçirilib.   Smartfon "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Aparatın ölçüləri 163,61x75,01x8,77 mm, çəkisi isə 205 qr-dır.   "Black Shark 2" smartfonu qara, gümüşü və göy rəngli korpuslarda təklif edilir.