İnternetin yaradıcısı qlobal şəbəkənin düşmənləri haqda danışdı


Digərləri 21 Mar 2019 08:35:00 230 0

İnternetin yaradıcısı qlobal şəbəkənin düşmənləri haqda danışdı

İnterneti yaradan Tim Berners Li, dünya şəbəkəsinin 30-illiyinə həsr olunmuş görüşdə qlobal şəbəkənin düşmənləri haqda danışmışdır. Yaradıcının fikrincə, şəbəkə ictimai səhnəyə, kitabxanaya, həkim otağına, mağazaya, məktəbə, dizayn-studiyaya, ofisə, kinoteatra, banka və digər başqa məkan və vasitələrə çevrilib. Lakin internetdə baş verən daimi sui-istifadələr bu şəbəkənin həqiqətən xeyir gücü daşıdığına inanmağa şübhə yaradır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Berners Li internetin gələcək 30 ildə müsbətə dəyişməsinə inanmır. O, hesab edir ki, qlobal şəbəkənin tənzimləndiyi halda, onun neqativ dəyişikliklərindən yayınmaq mümkündür. Əsas təhlükələrdən biri, dövlətlərin maliyyələşdirdiyi haker hücumlarıdır. Onun sözlərinə görə, bu təhlükələri minimal həddə salan müəyyən qanun və sistemlər hazırlamaq lazımdır.

Berners Li, blogerlərin stimullarının dəyişdirilməsinin lazım olmasını hesab edir. Onun sözlərinə görə, bu kimi dəyişikliklər etmək üçün, birləşmiş veb-cəmiyyət yaradılmalıdır. O, hakimiyyət dairələrini, qanunları rəqəmsal dövrə uyğunlaşdırmağa çağırış etmişdir.