İnsansız dronun ilk sınaq uçuşu keçirildi


Digərləri 21 Mar 2019 08:15:00 232 0

İnsansız dronun ilk sınaq uçuşu keçirildi

Xərci 2-3 milyon dollar olan Valkyrie döyüş dronlarının ilk uçuşu keçən həftə reallaşdırıldı.

ABŞ Hava qüvvələri, keçdiyimiz həftə XQ-58A Valkyrie təyyarə dronunun ilk sınaq uçuşlarını tamamladı. 5 martda uçuşu reallaşdırılan Valkyrie, 76 dəqiqə boyunca havada qaldı.

Yüksək səs sürətli insansız hava vasitəsi XQ-58A Valkyrie, 3128 km-lik məsafə qət edir və sürəti saatda 1000 km üstünə çıxır. Nəzəriyyədə insansız hava vasitəsi müşahidə etməyə köməkçi olsa da, ehtiyac halında hədəflərə atəş aça bilir. Gələcəkdə bu dronların süni zəka və inkişaf etmiş silahlarla da təchiz edilməsi gözlənilir.