iPad Air və iPad Mini göstərildi


Digərləri 21 Mar 2019 08:01:00 240 0

iPad Air və iPad Mini göstərildi

"Apple" şirkəti "iPad Air" və "iPad Mini" planşetlərinin yeni modellərini təqdim edib. Bu barədə şirkətin saytında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, yenilənmiş "iPad Air" 10,5 düym diaqonallı (26,6 sm) "Retina" ekran, sonuncu nəsil "A12 Bionic" prosessor və displeydə təsviri istənilən şəraitdə gözlər üçün daha təbii və rahat göstərməyə imkan verən "True Tone" texnologiyalı yeni ekranla təchiz edilib.