Adi mobil telefonların satışı artacaq


Digərləri 21 Mar 2019 07:51:00 224 0

Adi mobil telefonların satışı artacaq

Smartfon bazarından fərqli olaraq "feature phone" sinfinə (bir qayda olaraq düyməli interfeysə və "ağıllı" telefonlarla müqayisədə az sayda funksiyalar dəstinə malik mobil telefonlar) məxsus aparatların tədarük həcmi yüksəlməyə davam edir. "Counterpoint Research" şirkətinin analitikləri hesab edirlər ki, yaxın illərdə yüksəliş saxlanılacaq: 2019-cu ildə dünyada 400 milyondan çox adi mobil telefon satılacaq, 2021-ci ilədək isə bu göstərici 1 milyardı ötməlidir.   Son.az ICTnews-a istinadən bildirir ki, Hindistan, Yaxın Şərq və Afrika düyməli telefonlar bazarının əsas inkişaf regionları olacaq: 2019-cu ildə "feature phone" sinfinə məxsus qurğuların ümumi satış həcminin 75%-ni bu 3 region təmin edəcək.   "Counterpoint" şirkətinin qiymətləndirməsinə görə, 3 il ərzində düyməli aparatların satışından təxminən 16 milyard ABŞ dolları qazanılacaq.   "Feature phone" sinfinə məxsus qurğuların satışı üzrə  lider Hindistan hesab edilir, növbəti yerlərdə Banqladeş və Nigeriya qərarlaşıblar.