Android üçnü antiviruslar zəifdir


Digərləri 21 Mar 2019 07:01:00 222 0

Android üçnü antiviruslar zəifdir

"AV-Comparatives" şirkətinin təhlükəsizlik üzrə mütəxəssislərinin bu yaxınlarda keçirdiyi sınaq zamanı "Android" əməliyyat sistemi üçün antivirus proqramlarının üçdə iki hissəsinin öz əsas vəzifəsinin öhdəsindən gələ bilməməsi məlum olub.

Son.az ICTnews-a istinadən bildirir ki, test zamanı "Google Play" əlavələr mağazasında təqdim olunan 250 antivirus yoxlanılıb. Ümumilikdə 80 əlavə tərəfindən müxtəlif testlər çərçivəsində rast gəlinən zərərli proqram təminatının 30 faizi aşkarlanıb. Onu da qeyd etmək lazımdır ki, onlar çox mürəkkəb olmayıb (tədqiqatçılar tərəfindən antivirus quraşdırıldıqdan sonra zərərli proqramın yüklənilməsi və onun quraşdırılması üçün brauzer açılıb).

Bildirilir ki, testlər hər əlavə üçün 2 min dəfə təkrarlanıb. Bununla yanaşı, antiviruslar ötən il "Android" üçün aşkarlanan 2 min ən çox yayılmış zərərli proqram təminatı növündən istifadə olunmaqla yoxlanılıb.