İsveçrədə Novruz bayramı qeyd edilib (FOTO)


Digərləri 21 Mar 2019 04:46:48 172 0

İsveçrədə Novruz bayramı qeyd edilib (FOTO)

İsveçrədə Novruz bayramı qeyd edilib

Bakı. Tural Turan - İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycanlıların İsveçrədəki Koordinasiya Şurası tərəfindən Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Az'rbaycanım İsveçrədəki Səfirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimində koordinasiya şurasının əlaqələndiricisi Qasım Nəsirov, o cümlədən bu ölkədəki diaspora təşkilatlarımızın rəhbərləri Arzu Əliyeva və Cevzet Aras çıxış edərək Azərbaycanın qədim mədəniyyət tarixində özünəməxsus yer tutmuş Novruz bayramı, onun adət və ənənələri, tarixi və xüsusiyyətləri barədə ətraflı məlumat verib, həmçinin Novruz bayramının məhz Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığı bildirilib. Tədbir çərçivəsində həmçinin İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri tərəfindən rəqs nümunləri qonaqlara təqdim olunub və Novruza həsr olunmuş şeirlər səsləndirilib.