Bayramdan sonra hansı xəstəliklər kəskinləşir?


Digərləri 20 Mar 2019 23:38:00 223 0

Bayramdan sonra hansı xəstəliklər kəskinləşir?

Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyulacaq. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq. Çoxları bayramdan sonra kökələcəyinin dərdini çəkir.

Novruz qidalarını yeməyə əks-göstərişi olan insanlar var ki, bayramdan sonra səhhətində ağırlaşmalar yarana bilər. Kimlərə, hansı xəstəliyi olanlara Novruz süfrəsindən uzaq durmaq tövsiyə olunur?

Son.az xəbər verir ki, medicina.az terapevt Aqşin Salmanovdan risk qrupunda olan xəstələrin siyahısını əldə edib.

"Ümumiyyətlə, Novruz bayramı azuqəsi karbohidratlı tərkibli qidalardır, onlar həzm sistemində problemi olan insanlara, şəkərl diabet xəstələrinə, qaraciyər, öd xəstəliyi olanlara mənfi təsir edə bilir. Ciddi pəhriz qaydalarına əməl etmədən Novruzda bu kimi qidalardan bol yemək gələcəkdə xəstədə letal sonluğa gətirib çıxara bilər. Diatezi olan uşaqlarla da ehtiyatlı olmaq lazımdır. 

Mədə və on iki barmaq bağırsaq xorası olanlarda ürəkbulanma, qusma, ağrı kimi hallar baş verə bilir.