Qar ən çox hara yağıb?


Digərləri 20 Mar 2019 22:39:00 247 0

Qar ən çox hara yağıb?

Qusar rayonunun Ləzə kəndinə yağan qarın hündürlüyü 28 santimetrə çatıb.

Son.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qar Qusarla yanaşı Quba və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.

Qarın hündürlüyü Qubanın Xaltan kəndində 4, Qırızda 8, Xınalıqda 7 , Xızının Altıağac kəndində isə 2 santimetr təşkil edir.