4 otaqlı evdə yanğın olub


Digərləri 20 Mar 2019 21:41:00 183 0

4 otaqlı evdə yanğın olub

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 64 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.