Kəmalə Mustafayeva: "Başqalarının inancı sayəsində aktrisa oldum" FOTO


Kriminal 20 Mar 2019 20:39:00 282 0

Kəmalə Mustafayeva: "Başqalarının inancı sayəsində aktrisa oldum"  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Azərbaycanda bir çox layihələrdə aktrisa olaraq özünü təsdiqləyib. Ancaq bununla kifayətlənməyib. Daha böyük kütləyə çıxmaq, sözünü demək, ayaqları üzərində möhkəm dayanmaq üçün Türkiyəyə üz tutub. Müsahibim Kəmalə Mustafayeva burada "Lady radio"-da aparıcı, redaktor və Kumbara Görsel Sanatlar Teatrının əsas aktrisası olaraq fəaliyyət göstərir. Deyir ki, özünü bir aktrisa kimi təsdiqləmək üçün bu uzun yola çıxmaq bir imtahan olub.    - Niyə məhz aktrisa? Hesab edirsiniz ki, aktrisa olaraq səsinizi dünyaya daha tez çatdıra bilərsiniz?   - Əslində universitetə daxil olarkən hədəfim sırf aktrisa olmaq deyildi. Düşünürdüm ki, xəbərlər aparıcısı və incəsənətin daha ciddi bir sahəsində çalışaram. Rejissorluq ixtisasına daxil  olduqdan sonra öz tələbə yoldaşlarımızla tamaşalarımızı hazırlayır, müxtəlif əsərlərə tamaşa həlli verirdik. Bundan başqa, universitet yoldaşlarımın hazırladıqları tamaşalarda rol almağa başladım və hər şey buradan başladı. Çevrəmdəki insanların təkidi ilə aktrisa kimi fəaliyyətə başladım. Əslində içimdə belə bir istək yox idi. Ancaq dostlarımın, müəllimlərimin haqqımda səsləndirdiyi xoş fikirlər mənə stimul verdi və bir də gördüm ki, artıq aktrisa kimi fəaliyyətə başlamışam. Başqalarının inancı sayəsində aktrisa oldum.    - Və davamı gəldi. 


Xəbərə aid fotolar