"Heç kim mənə təsəlli verə bilmir"


Kriminal 20 Mar 2019 20:30:00 230 0

"Heç kim mənə təsəlli verə bilmir"

"Zahid, bu gün də səni çox gözlədim gəlmədin. Sənə qurban olum, səni həmişə gözləyəcəm".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Gülbahar Şükürlü bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşının ünvanına yazıb. Birlikdə fotolarını paylaşan qarmon ifaçısı mərhum əri üçün çox darıxdığını qeyd edib:

"Artıq beynim donub, nə danışdığımı belə bilmirəm. Sənsiz çox darıxıram. Heç kim mənə təsəlli verə bilmir. İnstaqram mənim xatirə dəftərimə çevrilib. Burada olan dostlarım, hamınızdan üzr istəyirəm. Sizin də bəlkə kefinizi pozuram, məni bağışlayın.