Tovuzda 85 mm-lik top mərmiləri tapılıb (FOTO)


Digərləri 20 Mar 2019 20:24:10 210 0

Tovuzda 85 mm-lik top mərmiləri tapılıb (FOTO)

Tovuz rayonunda 2 ədə top mərmisi tapılıb.

Bakı. Tovuz rayonunda 2 ədəd top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 12:41-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Əlibəyli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.