Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib FOTO


Siyasət 20 Mar 2019 18:50:00 231 0

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib  FOTO

Martın 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bayram şənliyində müəssisə sakinləri üçün bayram süfrəsi açılıb.

Çıxış edənlər sosial cəhətdən həssas qrupların, tənha ahıl insanların Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyib.

Müəssisənin sakinləri onlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.


Xəbərə aid fotolar