Böyük Britaniya Aİ-dən "Brexit"in təxirə salınmasını istəyib


Digərləri 20 Mar 2019 18:40:17 240 0

Böyük Britaniya Aİ-dən "Brexit"in təxirə salınmasını istəyib

Böyük Britaniya hakimiyyəti Avropa İttifaqına ölkənin təşkilatdan çıxmasının iyunun 30-a qədər təxirə salmaq barədə rəsmi sorğu göndərib.

Bakı. Böyük Britaniya hakimiyyəti Avropa İttifaqına ölkənin təşkilatdan çıxmasını iyunun 30-a qədər təxirə salmaq barədə rəsmi sorğu göndərib. Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Tereza Mey parlamentdə çıxış edərkən deyib. Mey bildirib: "Mən bu gün Avropa İttifaqı Şurasının sədri Donald Tuska yazmışam və Böyük Britaniyanın "Brexit"i iyunun 30-a qədər təxirə salmaq istədiyi barədə məlumatlandırmışam".