Bakı sakinindən tapança və 6 ədəd patron götürülb


Digərləri 20 Mar 2019 18:39:00 228 0

Bakı sakinindən tapança və 6 ədəd patron götürülb

Paytaxtın Nəsimi rayonunda əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Z.Məmmədov saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Bakı şəhər sakini Z.Məmmədov Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Qeyd olunur ki, şəxsi axtarış zamanı ondan "Revolver" tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.