Bu xəstəxananın 14 min qaz borcu var "Azəriqaz" məhkəməyə verdi


Digərləri 20 Mar 2019 18:29:00 215 0

Bu xəstəxananın 14 min qaz borcu var  "Azəriqaz" məhkəməyə verdi

"Azəriqaz" İstehsalat Birliyi Ağsu Rayon Mərkəzi Xəstəxanasına qarşı məhkəmə iddiası qaldırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qurum səhiyyə ocağından təbii qazdan istifadəyə görə yaranmış 14 min 156,52 manat əsas borc, 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 14 min 186,92 manat borcun tutularaq ödənilməsini tələb edib.