DİM məhkəməyə verildi


Digərləri 20 Mar 2019 17:49:00 274 0

DİM məhkəməyə verildi

"Azercell Telekom" MMC borcun ödənilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsə qarşı məhkəmə iddiası qaldırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, MMC 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyi ərizədə DİM-dən 74,74 manat rabitə xidmətindən istifadə haqqının və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 94,74 manat vəsaitin məcburi tutulması haqqında məhkəmə əmri qəbul edilməsini xahiş edib.