Nazirlik “Veysəloğlu”nu 2 milyon cərimələdi
Digərləri 20 Mar 2019 17:29:00 213 0
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən "Veysəloğlu" Şirkətlər Qrupuna aid olan 10-a yaxın şirkətdə audit yoxlamaları həyata keçirilib.
Son.az demokrat.az-a istinadən xəbər verir ki, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, "Veysəloğlu" Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə, özünün iqtisadi fəaliyyətini həyata keçirib.
Mənbə: milli.az