Xınalıq yolunda qar uçqunu oldu


Digərləri 20 Mar 2019 17:09:00 269 0

Xınalıq yolunda qar uçqunu oldu

Quba-Xınalıq yolunda qar uçqunu baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yolun 32-ci kilometrliyində, 4 yerdə qeydə alınıb. 

Uçqun nəticəsində yeddi kəndlə əlaqə kəsilib. Xınalıq kəndi istiqamətində gedənlər və qayıdanlar yoldan geri qayıdıblar. 

"Azəravtoyol"un əraziyə gətirilən texnikasında nasazlıq yarandığı üçün yola əlavə texnika cəlb edilib.