Azərbaycanda illərin sınağından çıxmış adətin sirri


Digərləri 20 Mar 2019 16:50:00 200 0

Azərbaycanda illərin sınağından çıxmış adətin sirri

Cənub bölgəsində sonuncu çərşənbə əvvəlkilərə nisbətən daha təmtəraqla qeyd olunur. İlaxır çərşənbənin səhəri qeyd olunan adət-ənənələrdən biri də çay üstünə getməkdir.

Son.az Oxu.az-a istinadən bildirir ki, bu il İlaxır çərşənbə ilə Novruz bayramının eyni günə düşməsi Lənkəran sakinlərinin bayram əhval-ruhiyyəsini bir qədər də artırıb.

Hər il olduğu kimi bu il də Lənkəran çayının sahilində xoş, gözəl bir abu-hava var idi. Səhər tezdən sakinlər ailə üzvləri ilə birlikdə axar su üstünə, çay başına gəlib, əmin-əmanlıqları üçün dua etdilər.

Çay kənarında qohumlar, tanışlar, dostlar hal-əhval tutub, bir-birlərinin bayramlarını təbrik ediblər. Bu vaxt adətə görə insanlar suya niyyətlərini deyir, dərd-qəmlərinin isə çay vasitəsi ilə axıb getməsini arzulayırlar.