Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən KasımJomart Tokayevi təbrik edib


Siyasət 20 Mar 2019 16:00:00 196 0

Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən KasımJomart Tokayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını bildirib, əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.