Səməni halvası belə hazırlanır


Digərləri 20 Mar 2019 15:50:00 280 0

Səməni halvası belə hazırlanır

Novruzun əsas atributlarından sayılan səmənidən ləziz təamlar hazırlanır. Bunlardan biri də səməni halvasıdır. Daha çox bölgələrdə bişirilən səməni halvası özünəməxsus dada malikdir. Səməni halvasının bişirilməsi ənənəsi Gəncədə 100 ildən çoxdur yaşayır. 

Son.az bildirir ki, Baku TV əməkdaşları uzun illər öz evində Səməni halvası bişirən təqaüdçü Füzulət xanımın qonağı olub.

Bu halvanın bişirilmə qaydasından danışan Füzulət xanım səməni halvasının ərsəyə gəlməsinin o qədər asan olmadığını bildirib.