Vüsalə həbsdə olan Təranənin qızını ziyarət etdi


Şou-biznes 20 Mar 2019 14:48:00 260 0

Vüsalə həbsdə olan Təranənin qızını ziyarət etdi

Aparıcı Vüsalə Əlizadə hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suelin yanına gedib. 

Milli,Az axşam.az-a istinadən bildirir ki, Vüsalə övladı Dilək və Suellə çəkdirdiyi fotolarını sosial şəbəkədə yayımlayıb. 

Aparıcı paylaşımına "Bu günlərdə heç kim tək qalmasın, hər kəsin qazanı qaynasın, əzizlərin, ailəsin başına toplayıb bayram süfrəsində otursun, İnşallah. Biz də Diləyimlə bu gözəl gündə Suel balamızı və İradə xalanı tək qoymadıq. Məndən çox Diləyim sevinir kimisə sevindirəndə, belə savab işləri balalarımızla birgə edək, gələcəkdə onlar da bu ənənəni davam etdirsin. Heç bir ocaq böyüksüz, uşaq valideynsiz qalmasın" sözlərini yazıb. 

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.


Xəbərə aid fotolar